Cənubi Koreyada birjalara və şirkətlərə haker hücumları səbəbindən təcili iclas keçiriləcək

Digər ölkələr
  • 28 oktyabr, 2026
  • 10:16
Cənubi Koreyada birjalara və şirkətlərə haker hücumları səbəbindən təcili iclas keçiriləcək

Cənubi Koreyada bir sıra maliyyə şirkətlərinə və kriptovalyuta birjalarına haker hücumları ilə əlaqədar olaraq Prezident Administrasiyasında təcili iclas keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

İclası Milli Təhlükəsizlik İdarəsi rəhbərinin müavini Son Ki-ho keçirəcək.

"Daishin Securities","Mirae Asset Global Investments" şirkətləri və "Bithumb" kriptovalyuta birjası bu gün haker hücumları və bununla əlaqədar məlumat sızması barədə məlumat veriblər.

"Daishin" şirkətindən bildirilib ki, 38 490 müştərinin fərdi məlumatları ələ keçirilib.

Məlumatda qeyd olunub ki, adlar, e-poçt ünvanları və mobil telefon nömrələri də daxil olmaqla məxfi məlumatlar sızıb.

Broker şirkəti hüquq-mühafizə orqanları ilə birlikdə araşdırma apardığını və məlumat sızması barədə müştəriləri xəbərdar etdiyini bildirib.

Bu gün səhər saatlarında "Mirae Asset Global Investments", "Bithumb" kriptovalyuta birjası və "Daishin Securities" şirkətləri son vaxtlar baş vermiş ayrı-ayrı haker hücumları nəticəsində müştəri məlumatlarının sızması barədə məlumat veriblər.

İclasda kiberhücumların vurduğu zərərin tam miqyasının və gələcək zərərin qarşısının alınması üzrə tədbirlərin müzakirə ediləcəyi gözlənilir.

44 filmi