CENTCOM: İranın Küveytdəki bazaları hədəf alan iki ballistik raketi məhv edilib
- 01 iyun, 2026
- 16:45
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ qüvvələri ölkənin Küveytdə yerləşən bazalarını hədəf alan İrana məxsus iki ballistik raketi məhv edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatında bildirilib.
"Dünən ABŞ qüvvələri Küveytdə yerləşən ABŞ bazalarını hədəf alan İrana məxsus iki ballistik raketi uğurla ələ keçirib. Bu raketlər dərhal məhv edilib və heç bir amerikalı hərbçi xəsarət almayıb", - məlumatda qeyd edilib.
Bildirilib ki, CENTCOM ABŞ və İran arasında qüvvədə olan müvəqqəti atəşkəsi dəstəkləyir.
Last night at 11 p.m. ET, U.S. forces successfully intercepted two Iranian ballistic missiles targeting American forces based in Kuwait. These missiles were immediately defeated and no American personnel were harmed.
— U.S. Central Command (@CENTCOM) June 1, 2026
U.S. Central Command remains vigilant and will continue to…