CAR nümayəndəsi: Dünyada aqlomerasiyaların idarə edilməsinə yanaşmalar xeyli fərqlənir

Digər ölkələr
  • 22 may, 2026
  • 11:43
CAR nümayəndəsi: Dünyada aqlomerasiyaların idarə edilməsinə yanaşmalar xeyli fərqlənir

Şəhər planlaşdırması, ilk növbədə, ərazilərin inkişafının əlaqələndirilməsində və mövcud fraqmentasiyanın aradan qaldırılmasında həyati vacib rol oynayır.

"Report" xəbər verir ki, bu barədə Qautenq Şəhər və Region Rəsədxanasının (Cənubi Afrika) icraçı direktoru Raşid Sedat (Rashid Seedat) Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, metropoliten regionları, bir qayda olaraq, öz əhali və ərazi paylarına nisbətdə daha yüksək məhsuldarlıq göstəriciləri nümayiş etdirirlər. Bu, onunla izah olunur ki, metropoliten regionları iri əmək, daşınmaz əmlak, maliyyə və xidmət bazarlarını birləşdirir.

Bu kontekstdə metropoliten idarəetməsi baxımından kritik dərəcədə vacib olan torpaq və mənzil mövzusu xüsusi əhəmiyyət kəsb edir.

O, həmçinin qeyd etdi ki, şəhərlər daim xarici təsirlərlə - o cümlədən adaptiv həllər və effektiv cavab tədbirləri tələb edən iqlim dəyişiklikləri ilə üzləşirlər.

Ekspert vurğuladı ki, vahid metropoliten idarəetmə modeli mövcud deyil: dünyanın müxtəlif ölkələrində və regionlarında, o cümlədən Afrikada, aqlomerasiyaların idarə edilməsinə yanaşmalar əhəmiyyətli dərəcədə fərqlənir.