Brüssel aeroportu tətil səbəbiylə qismən bağlanıb

Digər ölkələr
  • 13 aprel, 2016
  • 06:00
Brüssel aeroportu tətil səbəbiylə qismən bağlanıb

Bakı. 13 aprel. REPORT.AZ/ Brüssel aeroportu dispetçerlərin tətili səbəbiylə qismən bağlanıb.

"Report" hava limanının mətbuat xidmətinə istinadən xəbər verir ki, tətillə əlaqədar günün birinci yarısında 40-a yaxın reys təxirə salınıb.

Qeyd edək ki, dispetçerlər aprelin 12-dən etiraz tətili keçirir.