Azərbaycanda həyat sığortası üzrə ödənişlər 32 %-ə yaxın artıb

Maliyyə
  • 29 avqust, 2026
  • 15:24
Azərbaycanda həyat sığortası üzrə ödənişlər 32 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 580,017 milyon manat sığorta haqqı toplanılıb.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 31,8 % artaraq 495,731 milyon manata çatıb.

Beləliklə, 7 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 85,5 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 70,8 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 6,409 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,3 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 671,436 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 26,9 % çoxdur.

7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 66,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,4 manat olub.

44 - Tezliklə