Dünya Qadın Seriyası: "Neftçi SOCAR" Takasaki mərhələsində 1/4 finala yüksəlib

Futbol
  • 29 avqust, 2026
  • 15:28
Dünya Qadın Seriyası: Neftçi SOCAR Takasaki mərhələsində 1/4 finala yüksəlib

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində 1/4 finala yüksəlib.

"Report" xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupunun ikinci oyununda yerli "Takasaki" klubuna uduzsa (13:14) da, növbəti raunda vəsiqə qazanıb.

"Ağ-qaralar" birinci qarşılaşmada Yaponiya millisini məğlub edib - 15:14.

"Neftçi" 1/4 finalda Tailand yığması ilə üz-üzə gələcək.

44 - Tezliklə