Britaniya xəstəxanalarında 200-dən çox pasiyentdə göbələk xəstəliyi aşkarlanıb

Digər ölkələr
  • 15 avqust, 2017
  • 17:34
Britaniya xəstəxanalarında 200-dən çox pasiyentdə göbələk xəstəliyi aşkarlanıb
Povin.com.ua

Bakı. 15 avqust. REPORT.AZ/ Britaniya xəstəxanalarında həkimlər 200-dən çox pasiyentdə "Candida auris" göbələk xəstəliyini aşkar ediblər.

"Report" xəbər verir ki, bu barədə İngiltərənin səhiyyə xidmətinə istinadən "BBC" telekanalı məlumat yayıb.

Məlumata görə, ölkənin 55-dən çox xəstəxanasında bu xəstəliyə yoluxma qeydə alınıb. Həkimlər xüsusi ehtiyat tədbirləri görürlər. İngiltərənin səhiyyə xidmətindən bildirilib ki, xəstəliyin yayılmasının qarşısı alınıb.

"Candida auris" göbələk xəstəliyi ilk dəfə Yaponiyada aşkarlanıb və nadir rast gəlinən xəstəlikdir. Xəstəlik görünən simptomlarsız müşahidə edilsə də, qanaxma tez-tez ciddi infeksiyalara və digər fəsadlara səbəb olur.