Braziliyada təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb
Digər ölkələr
- 08 dekabr, 2016
- 02:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 dekabr. REPORT.AZ/ Braziliyanın şimal-şərqində Amazonas ştatının Manausa şəhəri yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, hava gəmisinin göyərtəsində 6 nəfər olub, onların 5-i ölüb.
Yeganə sağ qalan şəxs yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti son dərəcə ağırdır. Ölənlər arasında 4 yaşlı uşaq da var.
Manausa şəhərindən Novu-Aripuanan bələdiyyəsinə gedən təyyarə havaya qalxdıqdan bir az sonra yerə düşüb. Yanğınsöndürənlərin məlumatına görə, təyyarə yerə dəydikdən sonra partlayıb.
İnsidentin səbəbləri araşdırılır.
Son xəbərlər
15:47
Foto
ƏƏSMN-in kollektivi şəhidlərin əziz xatirəsini ehtiramla anıb
Daxili siyasət
15:43
Foto
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib
Daxili siyasət
15:42
Foto
Vətən övladlarının xatirəsi Gənclər və İdman Nazirliyinin kollektivi tərəfindən yad olunub
Daxili siyasət
15:38
Foto
FHN-in kollektivi Zəfər abidəsinin önünə gül dəstələri düzüb
Daxili siyasət
15:34
Foto
Video
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Hərbi
15:27
Şahrudin Məhəmmədəliyev "Qarabağ"da 100-cü Premyer Liqa oyununa çıxıb
Futbol
15:24
Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub
Digər ölkələr
15:19
İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib
Digər ölkələr
15:15
Foto
Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı və Şirvanda Zəfər Günü qeyd olunub
Daxili siyasət