Braziliyada koronavirus qurbanlarının sayı min nəfəri ötdü
- 10 aprel, 2020
- 23:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Braziliyada koronavirusdan ölənlərin sayı artıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Qeyd edilir ki, pandemiya qurbanlarının sayı 1 000 nəfəri ötüb. Son məlumatlara görə, ölkədə 19 mindən çox insan COVID-19 infeksiyasına yoluxub.
"19 638 xəstəlik (qeydə alınıb) hadisəsi, 1 057 nəfər öldü”, - nazirlik qeyd edib.
Bir gün əvvəl koronavirusa 17 857 yoluxma və 941 ölüm haqqında bildirilib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 652 000-i ötüb. Bunların 369 927 nəfəri sağalıb, 100 371 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.