Braziliyada güclü yağıntılar nəticəsində ölənlərin sayı 36-ya çatıb

Digər ölkələr
  • 06 sentyabr, 2023
  • 23:58
Braziliyada güclü yağıntılar nəticəsində ölənlərin sayı 36-ya çatıb

Braziliyanın cənubunda baş verən güclü yağıntılar nəticəsində ölənlərin sayı 36-ya çatıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, regionu vuran tropik siklon sonucunda evləri su basıb və çaylar məcralarından çıxıb.

Prezident Luis İnasiu Lula da Silva Rui-Qrandi-du-Sul ştatının qubernatoru Eduardo Leyte ilə danışdığını və federal hökumətin tam dəstəyini təklif etdiyini bildirib. Lula zərərçəkmiş bölgəyə axtarış-xilasetmə işlərini müşahidə etmək üçün iki nazir göndərib və deyib ki, vitse-prezident Ceraldo Alkmin də 11 milyon əhalisi olan fəlakət bölgəsinə getməyə hazırdır.

Riu-Qrandi-du-Suldakı daşqınlar Braziliyada baş verən son təbii fəlakətlərdən sadəcə biridir. Bu il San-Paulu ştatında güclü leysanların torpaq sürüşməsinə və daşqınlara səbəb olması nəticəsində 50-dən çox insan ölüb.

Riu-de-Janeyro və Baiya ştatlarından yaxınlığındakı müstəmləkə dönəminin şəhəri Petropolis, həmçinin çərşənbə axşamı daha bir qurbanın təsdiqləndiyi Riu-Qrandi-du-Sul ilə qonşu olan Santa-Katarina ştatı da oxşar fəlakətlə üzləşib

44 - Tezliklə