Braziliyada COVID-19-dan rekord həddə ölüm sayı qeydə alınıb

Digər ölkələr
  • 13 may, 2020
  • 10:06
Braziliyada COVID-19-dan rekord həddə ölüm sayı qeydə alınıb

Braziliyada ötən gün COVID-19-dan 881 nəfər ölüb ki, bu da gündəlik tələfatın rekord göstəricisi sayılır.

“Report” xəbər verir ki, artıq Braziliya 177 min yoluxanla Almaniyanı pandemiya reytinqinin 6-cı pilləsindən sıxışdırıb. 

Səhiyyə Nazirliyinin məlumatına görə, son bir gündə 9 258 yoluxma qeydə alınıb. Koronavirusun sürətlə yayılması Braziliyanın pandemiyanın yeni mərkəzinə çevrilə biləcəyinə dair şübhələrin yaranmasına səbəb olub.

Koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin ümumi sayına görə böyük fərqlə birinci yerdə olan ABŞ-da dünyasını dəyişənlərin sayı avqust ayının əvvəlində 147 minə çata bilər. Bu barədə ötən gün CNN-ə Vaşinqton Ştat Universiteti (Seattle) nəzdindəki Səhiyyə Ölçüləri və Qiymətləndirmə İnstitutunun (İHME) direktoru Kristofer Murray bildirib. O, karantin məhdudiyyətlərinin erkən ləğv olunmasından narahatlığını söyləyib.