Braziliyada Ali Məhkəmənin yaxınlığında şübhəli çanta aşkarlanıb

Digər ölkələr
  • 02 oktyabr, 2026
  • 08:46
Braziliyada Ali Məhkəmənin yaxınlığında şübhəli çanta aşkarlanıb

Braziliya polisi Braziliada Ali Məhkəmənin binasının yaxınlığında qoyulmuş şübhəli çantada partlayıcı qurğunun olub-olmadığını yoxlayır.

"Report" "G1" portalına istinadən xəbər verir ki, 28 yaşlı kişi çantanı avtobus dayanacağında qoyduqdan sonra hasardan aşaraq məhkəmənin ərazisinə daxil olmağa cəhd edib.

Kişi saxlanılıb. Hadisə yerinə gələn istehkamçılar çantanın içindəkiləri araşdırırlar.

Binanın ətrafındakı ərazi mühasirəyə alınıb.

44 - Tezliklə