BQXK: "Şimali Koreya humanitar fəlakətin astanasındadır"
Digər ölkələr
- 13 sentyabr, 2016
- 10:58
Bakı. 13 sentyabr. REPORT.AZ/ Şimali Koreya baş verən daşqın nəticəsində humanitar fəlakət astanasındadır.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) bildirib.
Hökumət təbii fəlakət nəticəsində 133 nəfərin öldüyü, 400 nəfərin itkin düşdüyü, on minlərlə insanın hadisə baş verən bölgəni tərk etdiyi haqda məlumat yayıb.
Xəbərdə bildirilib ki, daşqınlar nəticəsində kənd təsərrüfatı məhsullarının bir hissəsi, çoxlu sayda sakinin evi məhv olub.
Məlumata görə, xilasedicilər təbii fəlakət bölgəsinə hələ də çata bilməyib.
BQXK-nin bəyanatında qeyd olunub ki, Şimali Koreyadakı hakimiyyət əhalinin ərzaqla təmin edə bilmirdi, təbii fəlakət isə bu problemi daha da ağırlaşdırıb.
Son xəbərlər
05:11
Qvineyada zibil yığınının sürüşməsi nəticəsində onlarla şəxs həlak olub
Digər ölkələr04:45
Almaniya rekord dövlət borcuna görə yüksək kredit reytinqini itirə bilər
Maliyyə04:08
Tramp ABŞ-nin çip idxalından imtina planları barədə danışıb
Digər ölkələr03:44
Norveç Kralı V Haraldın vəziyyəti kəskin şəkildə pisləşib
Digər ölkələr03:05
SANA: İsrail və Suriyanın yüksək səviyyəli nümayəndə heyətləri deeskalasiyanı müzakirə edib
Digər ölkələr02:42
Altı ölkənin futbol assosiasiyası FIFA prezidenti İnfantinoya etimadı itirdiklərini bəyan edib
Futbol02:12
Bağırsaq xərçənginin kolonoskopiyasız aşkarlanması üçün yeni metod müəyyən edilib
Sağlamlıq01:40
Foto
Video
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - YENİLƏNİB
Xarici siyasət01:39