Böyük Britaniya Rusiyaya qarşı daha bir sanksiyalar paketi qəbul edib

Digər ölkələr
  • 08 oktyabr, 2026
  • 15:35
Böyük Britaniya Rusiyaya qarşı daha bir sanksiyalar paketi qəbul edib

Böyük Britaniya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar elan edib - məhdudiyyətlər siyahısına 38 obyekt – fiziki və hüquqi şəxslər, həmçinin "kölgə donanması" gəmilərini daxil edilib.

"Report" xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.

Sanksiyalar Rusiyanın maliyyə qurumları – "Stoliçnıy Kredit" kommersiya bankı, "Planeta" səhmdar cəmiyyəti, həmçinin ölkə hökumətinə iqtisadi dəstək göstərdiyi hesab edilən Kanada və Qırğızıstan şirkətlərinə şamil edilib.

Sanksiya siyahısında Rusiyaya mal və ya texnologiyalar tədarük edən RF, Türkiyə, Hindistan və Tailand şirkətləri də var.

Məhdudiyyətlər həmçinin "Zarubejneft" SC və "İNK-Kapital" SC enerji şirkətlərinə də aiddir.

Böyük Britaniyanın ticarət və dəniz sanksiyaları RF-nin "kölgə donanması"nın daha 12 gəmisinə də qarşı yönəlib.

Qeyd edək ki, oktyabrın 1-də Böyük Britaniya Rusiyaya qarşı 23 fiziki və hüquqi şəxsi, eləcə də 8 gəmini əhatə edən 31 yeni sanksiya tədbirinin tətbiq edildiyini elan edib.