Bosniya və Hersoqovinada neftayırma zavodunda partlayış olub

Digər ölkələr
  • 10 oktyabr, 2018
  • 03:23
Bosniya və Hersoqovinada neftayırma zavodunda partlayış olub
Twitter

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bosniya və Hersoqovinada neftayırma zavodunda partlayış olub.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, hadisə Bosanski-Brod şəhərində qeydə alınıb. Partlayış nəticəsində 8 nəfər yaralanıb. Yaralılara tibbi yardım göstərilib.

Hadisə yerinə xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. Qəzanın səbəbi barədə məlumat verilmir.