"Level Leasing"in keçmiş səhmdarı valyuta mübadiləsi biznesinə qoşulub

Maliyyə
  • 10 oktyabr, 2026
  • 11:14
Level Leasingin keçmiş səhmdarı valyuta mübadiləsi biznesinə qoşulub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Merd Alliance" MMC-ni dövlət qeydiyyatına alıb.

"Report" xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsi, 8, nizamnamə kapitalı Bakıda valyuta mübadiləsi fəaliyyəti üçün müəyyən edilmiş minimum tələbə uyğun - 600 min manat, qanuni təmsilçisi isə Rəqsanə Abdulla qızı Məmmədovadır.

O, təxminən 1 il bundan əvvələ qədər "Level Leasing" ASC-nin səhmlərinin 10 %-nə nəzarət edib.

"Merd Alliance" hələ ki, Azərbaycan Mərkəzi Bankından "exchange" lisenziyası almayıb.