Boliviyada avtobus qayaya çırpılıb, 17 nəfər ölüb

Digər ölkələr
  • 15 iyun, 2018
  • 23:41
Boliviyada avtobus qayaya çırpılıb, 17 nəfər ölüb

Bakı. 16 iyun. REPORT.AZ/ Cümə günü Boliviyada sərnişin avtobusunun qayaya çırpılması nəticəsində 17 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə "Erbol" radiostansiyasına istinadən TASS məlumat yayıb.

KİV-in məlumatına görə, 20-dən çox insan xəsarət alıb.

İlkin məlumata görə, qəza sürücünün sürət həddini aşması nəticəsində baş verib. Sürücü də hadisə nəticəsində keçinib. Qəza zamanı nəqliyyat vasitəsində ümumilikdə 50-yə yaxın insan olub.

44 - Tezliklə