BMT TŞ Şimali Koreyada raket buraxılışını təcili iclasda müzakirə edəcək

Digər ölkələr
  • 07 fevral, 2016
  • 03:44
BMT TŞ Şimali Koreyada raket buraxılışını təcili iclasda müzakirə edəcək

Bakı. 7 fevral. REPORT.AZ/ Şimali Koreyaya məxsus peyk daşıyan uzaq mənzilli raketin orbitə buraxılması mövzusu bu gün BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında müzakirə ediləcək.

"Report"un TASS agentliyinə istinadən xəbər verir ki, iclas ABŞ və Yaponiyanın birgə müraciəti əsasında keçiriləcək.

İclasın dəqiq vaxtı məlum deyil.