BMT-nin Baş katibi İsrail və HƏMAS arasında sülh razılaşmasını alqışlayıb
- 09 oktyabr, 2025
- 05:13

"ABŞ prezidenti Donald Trampın təklifi əsasında Qəzzada atəşkəsin təmin edilməsi və girovların azad edilməsinə dair razılaşmanın elan edilməsini alqışlayıram".
"Report"un xəbərinə görə, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bəyan edib.
Onun sözlərinə görə, BMT sülhün tam həyata keçirilməsini dəstəkləyəcək və Qəzzaya humanitar yardımın çatdırılmasını artıracaq.
"Mən ABŞ, Qətər, Misir və Türkiyənin bu çox zəruri irəliləyişin əldə edilməsində diplomatik səylərini yüksək qiymətləndirirəm. BMT sazişin tam icrasını dəstəkləyəcək, davamlı və zəruri humanitar yardımların çatdırılmasını, həmçinin Qəzzada bərpa və yenidənqurma səylərini artıracaq".
BMT-nin Baş katibi həmçinin bütün tərəfləri iki dövlətli həllə nail olmaq üçün İsrail-HƏMAS sülh planını həyata keçirməyə çağırıb.