BMT konfransında 10 ölkə Fələstin dövlətini tanıyacaq

Digər ölkələr
  • 20 sentyabr, 2025
  • 01:08
BMT konfransında 10 ölkə Fələstin dövlətini tanıyacaq

On ölkənin nümayəndələri sentyabrın 22-də BMT konfransı zamanı Fələstin dövlətini tanıdıqlarını elan etmək niyyətindədirlər.

"Report"un "Agence France-Presse"yə (AFP) istinadən məlumatına görə, bu barədə Yelisey sarayında dövlət başçılarının Nyu-Yorka BMT Baş Assambleyasına səfəri ərəfəsində keçirilən brifinqdə bildirilib.

"On ölkə Fələstin dövlətini tanımağa başlamaq niyyətindədir", - AFP Fransa Prezidenti Emmanuel Makronun müşavirindən sitat gətirib.

O qeyd edib ki, bu ölkələrə Fransadan əlavə Andorra, Avstraliya, Belçika, Böyük Britaniya, Kanada, Lüksemburq, Malta, Portuqaliya və San-Marino daxildir. Fransa liderinin ofisi də İsrailin İordan çayının qərb sahilindəki Fələstin ərazilərini işğal etmək cəhdlərini pisləyib və bunun "aydın qırmızı xətt" təşkil etdiyini vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti