BMT komissiyası Azərbaycanın əməkdaşlıq proqramında iştirakını nəzərdən keçirməyə hazırdır

Digər ölkələr
  • 24 sentyabr, 2025
  • 11:41
BMT komissiyası Azərbaycanın əməkdaşlıq proqramında iştirakını nəzərdən keçirməyə hazırdır

BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) Azərbaycanla müntəzəm texniki əməkdaşlıq proqramı çərçivəsində qarşılıqlı fəaliyyətə hazırdır.

Bunu BMT-nin Statistika şöbəsinin direktoru Tiina Luyge Bakıda keçirilən MDB-nin üçüncü Beynəlxalq Statistika Forumunun kuluarlarında "Report"a açıqlamasında deyib.

T.Luyge BMT AİK-in statistik potensialın inkişafı sahəsində bütün MDB ölkələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

"Konkret layihələrə gəldikdə, onların həyata keçirilməsi maliyyə resurslarının mövcudluğundan asılıdır. Hazırda Azərbaycan üçün ayrıca layihəmiz yoxdur, lakin ümumi müntəzəm texniki əməkdaşlıq proqramı qüvvədədir. Bu proqram çərçivəsində ölkələr statistik potensialın gücləndirilməsi məqsədilə yardım və dəstək üçün müraciət edə bilər. Biz Azərbaycanın bu proqramda həm statistika sahəsində, həm də digər istiqamətlərdə iştirakını nəzərdən keçirməyə şad olarıq. Ümumilikdə, qeyd olunan potensialın inkişafına və gücləndirilməsinə yönəlmiş müxtəlif layihələr həyata keçiririk", - o bildirib.

T. Luyge həmçinin qeyd edib ki, Azərbaycanın milli statistika sisteminin məlumatlarından ölkənin inkişafı üçün istifadə təcrübəsi digər dövlətlər üçün nümunə ola bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti