Özbəkistan Azərbaycanla statistika sahəsində memorandum imzalayacaq - EKSKLÜZİV

Maliyyə
  • 24 sentyabr, 2025
  • 13:44
Özbəkistan Azərbaycanla statistika sahəsində memorandum imzalayacaq - EKSKLÜZİV

Özbəkistan və Azərbaycan 2026-cı ildə statistika sahəsində əməkdaşlıq haqqında memorandum imzalamağı planlaşdırır.

Bunu "Report"a açıqlamasında Özbəkistan Milli Statistika Komitəsinin sədri Behzod Hamrayev Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunun kuluarlarında bildirib.

O qeyd edib ki, bu il ölkələr Azərbaycan Dövlət Statistika Komitəsi və Özbəkistan Milli Statistika Komitəsi arasında yeni memorandum layihəsinin hazırlanmasına başlayıb.

"İndi layihə Özbəkistanda və Azərbaycanda idarələr səviyyəsində razılaşdırılır. Biz gələn il yeni istiqamətlərdə əməkdaşlığı mümkün edəcək memorandum imzalamağı planlaşdırırıq. Bura süni intellektdən istifadə, analitik tədqiqatların aparılması və böyük verilənlərlə iş sahəsində potensialın inkişafı, həmçinin nazirlik və idarələrlə inteqrasiya və təcrübə mübadiləsi, eləcə də hər iki ölkə üçün çox aktual olacaq yeni layihələrin həyata keçirilməsi daxildir", - sədr əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti