BMT: İŞİD tərəfdarları Mosulda kimyəvi silahdan istifadə edirlər

Digər ölkələr
  • 11 noyabr, 2016
  • 13:59
BMT: İŞİD tərəfdarları Mosulda kimyəvi silahdan istifadə edirlər

Bakı. 11 noyabr. REPORT.AZ/ İŞİD terror qruplaşmasının tərəfdarları Mosulda və şəhər ətrafında kükürd yandırır və onun tüstüsündən kimyəvi silah kimi istifadə edirlər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları üzrə Ali Komissarı Zeyd Raad əl-Hüseynin yaydığı bəyanatda deyilir.

Əl-Hüseynin sözlərinə görə, bu il oktyabrın 23-də Mosulun cənubunda yerləşən "Əl-Mişrage" zavodu İŞİD tərəfindən atəşə tutulub, yandırıldıqdan sonra kükürdün tüstüsünün tənəffüs orqanlarına daxil olmasınagörə dörd nəfər ölüb. Oktyabrın 26-da isə eyni diaqnozla iki aylıq körpə boğulub.

Ali Komissar bildirib ki, İŞİD-in böyük miqdarda ammonyak və kükürd topladığı və onları mülki əhalinin yaşadığı məkanlarda saxlaması barədə məlumat əldə ediblər.

Əl-Hüseyn İraq hökumətinə xatırladıb ki, onlar Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edərək və ya İraq məhkəmələrinə beynəlxalq cinayətləri araşdırmaq icazəsi verməklə ədaləti təmin edə bilərlər.