BMT Baş Assambleyasının 69-cu sessiyasının proqramı elan edilib

Digər ölkələr
  • 05 sentyabr, 2014
  • 11:12
BMT Baş Assambleyasının 69-cu sessiyasının proqramı elan edilib

Bakı. 5 sentyabr. REPORT. AZ/ BMT Baş Assambleyasının 69-cu sessiyasının proqramı elan edilib. Report BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu il Baş Assambleya sentyabr ayının 16-da açılacaq. 

Sentyabr ayının 22-23-də yerli xalqların ümumdünya konfransı, sentyabr ayının 23-də BMT baş katibi Pan Gi Mun tərəfindən çağırılan "İqlim sammiti-2014" adlı sammit keçiriləcək. 

Sentyabr ayının 27-dən oktyabr ayının 7-dək Nyu-Yorkda BMT-nin Baş Assambleyası 69-cu sessiyasının açılışı çərçivəsində təşkilatın iştirakçı ölkələrinin xarici işlər nazirləri və dövlət başçılarının iştirakı ilə illik ümumi siyasi debatlar keçiriləcək. Həmin debatlarda beynəlxalq siyasətin ən aktual məsələləri üzrə fikir mübadiləsi aparılacaq.