Bəşşar Əsədi təmsil edən siyasi qüvvələr Cenevrə danışıqlarına qatılmayacaqlar

Digər ölkələr
  • 27 noyabr, 2017
  • 10:15
Bəşşar Əsədi təmsil edən siyasi qüvvələr Cenevrə danışıqlarına qatılmayacaqlar

Bakı. 27 noyabr. REPORT.AZ/ BMT-nin Suriyada tanıdığı hakimiyyətin nümayəndələri Cenevrədə keçiriləcək görüş üçün səfəri təxirə salıblar.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə hakimiyyətə yaxın “Əl-Vətən” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Suriyadaxili məsələləri müzakirə etmək üçün noyabrın 28-də Cenevrədə görüş keçiriləcək.

Bəşşar Əsədə müxalifətdə olanlar isə 50 nəfərlik heyətlə İsveçrədə keçiriləcək həmin toplantıya qatılacaq. Bu heyət Səudiyyə Ərəbistanında keçirilən yığıncaqda formalaşıb. 

44 - Tezliklə