Belqradda etirazçı prezidentin iqamətgahını partlatmaqla hədələyib
- 15 mart, 2025
- 17:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Serbiyanın Xalq Məclisinin (birpalatalı parlament) binası qarşısında hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan etirazçı prezident sarayını partlatmaqla hədələyib, onun üzərində bomba aşkar edilməyib.
"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Belqradda Daxili İşlər Nazirliyinin əməkdaşları 1972-ci il təvəllüdlü V.B. inisialları olan şəxsi həbs edərək xidməti binaya gətiriblər. O, bu gün <...> mühafizəçilərə onun üzərində iki bomba olduğunu və prezident sarayının binasını partlatmaq istədiyini bildirib. Şəxsin üzərində baxış keçirilərkən partlayıcı qurğular aşkar edilməyib", - Serbiya DİN-in mətbuat xidmətinin bəyanatında deyilir.