Belçikada Parisdəki terror aktında şübhəli bilinən iki nəfər tutulub

Digər ölkələr
  • 11 yanvar, 2017
  • 21:11
Belçikada Parisdəki terror aktında şübhəli bilinən iki nəfər tutulub

Bakı. 12 yanvar. REPORT.AZ/ Belçika polisi 2015-ci ilin noyabrında Parisdə törədilən terror aktı ilə əlaqədar dindirilmənin aparılması üçün iki nəfəri saxlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, həbslər Brüsseldəki evlərdən birində aparılan axtarışlardan sonra həyata keçirilib.

Yaxın vaxtlarda məhkəmə saxlanılan şəxslərə qarşı ittiham irəli sürülməsi barədə qərar qəbul edəcək.