​Belçikada müsəlmanlar üçün ilk orta məktəb açılıb

Digər ölkələr
  • 16 iyul, 2015
  • 08:29
​Belçikada müsəlmanlar üçün ilk orta məktəb açılıb

Bakı. iyul 16. REPORT.AZ/ Valloniya-Brüssel federal dairəsinin hökuməti paytaxtdakı Skarbeek icmasında Belçikada ilk dəfə olaraq islam orta məktəbinin açılmasına icazə verib. Bu barədə "Report" RİA "Novosti"-yə istinadən xəbər verir.

Yeni açılan təhsil ocağı sentyabrın 1-dən fəaliyyətə başlayacaq. İlk vaxtlarda məktəbdə 120 şagird oxuyacaq, gələcəkdə isə məktəbdə 660 şagirdin təhsil alması nəzərdə tutulur.

Qeyd edək ki, Belçika əhalisinin sayı 11,2 milyon nəfərdən artıqdır, onların 600 mindən çoxu müsəlmanlardır.