Belarus Rusiyadan "İsgəndər" zenit-raket kompleksləri ala bilər

Digər ölkələr
  • 26 iyun, 2017
  • 07:05
Belarus Rusiyadan İsgəndər zenit-raket kompleksləri ala bilər

Bakı. 26 iyun. REPORT.AZ/ "Belarus yaxın zamanlarda Rusiyadan "İsgəndər" zenit-raket komplekslərinin alınması məsələsini nəzərdən keçirə bilər".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Belarusun Rusiyadakı səfiri İqor Petrişenko deyib.

Onun sözlərinə görə, hazırda Belarusda əsas zenit-raket kompleksi kimi "S-300" sistemləri istifadə olunur. O əlavə edib ki, "S-400" və "İsgəndər" raket-zenit komplekslərinin alınması məsələsi yeni silahların və ölkədə təkmilləşdirilmiş sistemlərin olması baxımından nəzərdən keçirilə bilər.