Bayden xərçəng xəstəliyindən müalicə kursunu tamamlayıb

Digər ölkələr
  • 21 oktyabr, 2025
  • 07:48
Bayden xərçəng xəstəliyindən müalicə kursunu tamamlayıb

ABŞ-nin keçmiş prezidenti Co Bayden oktyabrın 20-də prostat vəzi xərçəngi xəstəliyinə qarşı şüa terapiyasını başa vurub.

"Report"un məlumatına görə, bu barədə CBS telekanalı keçmiş prezidentin sözçüsü Kelli Skalliyə istinadən xəbər yayıb.

Məlumata görə, 82 yaşlı siyasətçi Filadelfiyadakı xərçəng xəstəliyinin müalicəsi mərkəzində müalicə alıb.

"Lakin bu, onun müalicəsinin sonu demək deyil", - məlumatda deyilir.

Həmçinin qeyd edilir ki, ABŞ-nin keçmiş liderinin əlavə müalicəyə ehtiyac olub-olmayacağı hazırda bəlli deyil.

Oktyabrın 11-də Baydenin prostat xərçəngi müalicəsinin yeni mərhələsinə başladığı açıqlanıb. Bura radiasiya terapiyası və hormonal terapiya daxildir.

Baydenə bu ilin mayında prostat xərçəngi xəstəliyi diaqnozu qoyulub. Xəstəlik aqressivdir və sümüklərə yayılıb. Diaqnoz həkimlər keçmiş prezidenti sidiklə bağlı problemləri müayinə etdikdən və onun prostat vəzində müayinə tələb edən "kiçik düyün" aşkarlandıqdan sonra qoyulub.

Son xəbərlər

Bütün Xəbər Lenti