Didye Deşam: "Cənubi Amerika təmsilçiləri ilə oynamaq həmişə çətindir"

Futbol
  • 05 iyul, 2026
  • 03:32
Didye Deşam: Cənubi Amerika təmsilçiləri ilə oynamaq həmişə çətindir

Cənubi Amerika təmsilçiləri ilə oynamaq həmişə çətindir.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa millisinin baş məşqçisi Didye Deşam Paraqvaya qarşı DÇ-2026-nın 1/8 final mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:

"Cənubi Amerika təmsilçiləri ilə oynamaq həmişə çətin olur. Əlbəttə, son iki epizoddan yararlana bilsəydik, işimiz daha rahat olardı. Rəqib müxtəlif taktiki üsullardan istifadə edirdi".

O, görüş boyunca diqqətlərini itirmədiklərini bildirib:

"Sadəcə, oyunun fiziki cəhətdən ağır keçməsi işimizi çətinləşdirdi. Rəqib əsas diqqəti möhkəm müdafiə olunmağa yönəltmişdi. Açığı, bu görüşdə həlledici amil oyunun tempi deyil, isti hava şəraiti oldu. Bununla belə, onlar yüksək intensivlik nümayiş etdirməsələr də, müdafiədə kifayət qədər etibarlı təsir bağışladılar".

Qeyd edək ki, Fransa millisi Paraqvayı 1:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

44 filmi