AFAD əməkdaşları Venesuelada ordenə layiq görülüblər

Region
  • 05 iyul, 2026
  • 03:27
AFAD əməkdaşları Venesuelada ordenə layiq görülüblər

Venesuelada zəlzələnin fəsadlarını aradan qaldırmağa yardım edən Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları "Dövləti Qəhrəmanlığı Nişanı"na (Orden Libertadores y Libertadoras de Venezuela) layiq görülüblər.

"Report" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

"Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın tapşırıqlarına uyğun olaraq, 25 iyun 2026-cı il tarixində Venesuelada baş verən zəlzələlərin ardınca, dost Venesuela xalqına kömək etmək məqsədilə bölgəyə çatan və günlərdir fasiləsiz şəkildə çalışan Türk Axtarış-Xilasetmə qrupları, Venesuela Qəhrəmanlığı Nişanı ilə şərəfləndirilib", - məlumatda deyilir.

Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən xanım Delsi Rodriqesin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür məktubu xilasetmə briqadasına təqdim edilib.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ qeydə alınıb. ABŞ Geoloji Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib. Zəlzələlər nəticəsində ölənlərin sayı 2954 nəfərə, yaralıların sayı isə 16 592 nəfərə çatıb.