Bayden Ukraynanın xarici işlər və müdafiə nazirləri ilə görüşüb
- 26 mart, 2022
- 12:30
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Cozef Bayden Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikov ilə görüşüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Varşavada keçirilən görüşə həmçinin ABŞ-ın müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinken də qatılıb.
Görüşdə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Ukraynaya hərbi yardım məsələləri müzakirə edilib.
15:31
ABŞ Prezidenti Cozef Bayden müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinkenin ukraynalı həmkarları Aleksey Reznikov və Dmitri Kuleba ilə şənbə günü Varşavada keçiriləcək görüşündə iştirak etmək niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Frans Press” Agentliyi Ağ Evin şənbə günü yaydığı bəyanata istinadən məlumat yayıb.
“Prezident Bayden Blinken və Ostin ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikov arasında keçiriləcək görüşdə iştirak edəcək”, - məlumatda deyilir.
Qeyd edək ki, cümə günü ABŞ prezidenti Polşaya ikigünlük səfərə gəlib. O, elə həmin gün Jeşuv şəhərində Polşa Prezidenti Anjey Duda ilə görüş keçirib.