Bayden: ABŞ Meksika ilə sərhəddə asayişin bərpası üçün qanunları dəyişdirməlidir

Digər ölkələr
  • 04 iyun, 2024
  • 22:38
Bayden: ABŞ Meksika ilə sərhəddə asayişin bərpası üçün qanunları dəyişdirməlidir

Birləşmiş Ştatlar ölkənin Meksika ilə sərhədində nizam-intizam yaratmaq üçün federal səviyyədə qanunvericiliyə düzəliş etməlidir.

"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Cozef Bayden Amerika administrasiyasının miqrasiya böhranının yumşaldılmasına yönəlmiş bir sıra fövqəladə tədbirlərdən istifadə etməsi ilə bağlı Ağ Evdə çıxışı zamanı deyib.

"Sərhəddə təhlükəsizliyi həqiqətən təmin etmək üçün qanunlarımızı dəyişdirməliyik", - Demokratlar Partiyasını təmsil edən ABŞ lideri deyib. Bayden izah edib ki, o, ilk növbədə, sərhəd nəzarətini təmin etmək üçün federal büdcədən ayrılan vəsaitin həcminin artırılmasını nəzərdə tutur. "ABŞ Konqresindəki respublikaçılar üzərlərinə düşəni etməlidirlər", - Bayden deyib.

Eyni zamanda o, yenidən Vaşinqton administrasiyasının rəhbəri kimi sələfi respublikaçı Donald Trampı daxili siyasi məqsədlər üçün miqrasiya böhranı kartı oynamaqda ittiham edib. Baydenin sözlərinə görə, Tramp Konqresdəki respublikaçılardan miqrasiya böhranını aradan qaldırmaq üçün demokratlarla əməkdaşlıq etməməyi tələb edərək “son dərəcə rüsvayçı siyasi addım” atıb.

44 - Tezliklə