Bağdadda ticarət mərkəzinə hücum olub, xeyli sayda ölən və yaralanan var

Digər ölkələr
  • 11 yanvar, 2016
  • 16:18
Bağdadda ticarət mərkəzinə hücum olub, xeyli sayda ölən və yaralanan var

Bakı. 11 yanvar. REPORT.AZ/ Bağdadda ticarət mərkəzinə hücum edən yaraqlılar insanları girov götürüb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Silahlı basqın nəticəsində 7 nəfər həyatını itirib.

Məlumata görə, əl-Cadidə rayonunda yaraqlılar minalanmış avtomobili partladandan sonra atəş açaraq ticarət mərkəzinə daxil olublar və oradakı insanları girov götürüblər. 

"Reuters" agentliyinin verdiyi xəbərə görə, hadisə nəticəsində 27 nəfər yaralanıb.