Azad Suriya Ordusunun komandanı: "Rusiyanın müdaxilə etməsi nəticəsində Suriyada müharibə prosesi uzandı"

Digər ölkələr
  • 21 dekabr, 2015
  • 12:11
Azad Suriya Ordusunun komandanı: Rusiyanın müdaxilə etməsi nəticəsində Suriyada müharibə prosesi uzandı

Bakı. 21 dekabr. REPORT.AZ/ "Rusiyanın müdaxilə etməsi nəticəsində Suriyada müharibə prosesi uzandı".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Azad Suriya Ordusunun (ASO) Baş Qərargahının rəisi, briqada generalı Əhməd Xalid Barri deyib.

Onun sözlərinə görə, Suriyanın təyyarələri İŞİD-i vurmaq yerinə, Azad Suriya Ordusunun mövqelərini bombalayır: "Rusiyanın dəstəyi olmasaydı, Bəşşar Əsəd rejimi üç aya çökərdi".

Qeyd edək ki, ötən gün Rusiya təyyarələrinin Suriyanın İdlib şəhərində yaşayış yerini bombalaması nəticəsində 40 dinc sakin həyatını itirib.