Avstriya prokurorluğu: Qazaxıstanın keçmiş səfiri intihar edib

Digər ölkələr
  • 25 fevral, 2015
  • 18:00
Avstriya prokurorluğu: Qazaxıstanın keçmiş səfiri intihar edib

Bakı. 25 Fevral. REPORT.AZ/ Avstriya prokurorluğunun yaydığı xəbərə əsasən, Qazaxıstanın keçmiş səfiri və biznesmeni Raxat Əliyevin cəsədinin yarılması nəticəsində eks-diplomatın ölümünə "kənar faktorların" təsir etmədiyi müəyyən edilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, R.Əliyev paytaxt Vyanada yerləşən Yozefştadt həbsxanasının təknəfərlik kamerasında intihar edib.

Qazaxıstan tərəfi dəfələrlə Vyanadan biznesmenin ekstradisiyasını tələb edib.