Avstraliyada helikopter qəzaya uğrayıb, 3 nəfər yaralanıb

Digər ölkələr
  • 21 may, 2019
  • 06:44
Avstraliyada helikopter qəzaya uğrayıb, 3 nəfər yaralanıb

Avstraliyanın şimalında göyərtəsində üç nəfərin olduğu helokopter qəzaya uğrayıb.

"Report" "9News" telekanalına istinadən xəbər verir ki, qəza bu gün səhər Şimal ərazisi regionundakı "Kakadu" milli parkında baş verib.

Avstraliyanın Dövlət Parklar Xidmətinin nümayəndəsi bildirib ki, qəza zamanı helikopterdə olan 2 park işçisi və pilot yaralanıb.

"Yaralananlar regionun təcili yardım xidmətləri tərəfindən Darvinə (bölgənin inzibati mərkəzinə - red.) aparılıblar", - o deyib.