Azərbaycan manatının nominal və real effektiv məzənnələri iyulda da artıb

Maliyyə
  • 29 avqust, 2026
  • 10:28
Azərbaycan manatının nominal və real effektiv məzənnələri iyulda da artıb

Bu il avqustun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 104,9 bənd təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bu, aylıq müqayisədə 1,4 bənd, ilin əvvəlinə nisbətən 2,4 bənd, 2025-ci ilin avqustun 1-i ilə müqayisədə 3,1 bənd çoxdur.

Hesabat dövrüdə real effektiv məzənnə 116 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,8 bənd, ilin əvvəlinə nisbətən 0,2 bənd, ötən il avqustun 1-i ilə müqayisədə isə 2,3 bənd çox olub.