Dünya Qadın Seriyası: "Neftçi SOCAR" Takasaki mərhələsinə qələbə ilə start verib - YENİLƏNİB

Komanda
  • 29 avqust, 2026
  • 10:33
Dünya Qadın Seriyası: Neftçi SOCAR Takasaki mərhələsinə qələbə ilə start verib - YENİLƏNİB

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsinə qələbə ilə start verib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi B qrupundakı ilk matçında Yaponiya millisi ilə üz-üzə gəlib.

Qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 15:14.

Qeyd edək ki, təmsilçimiz qrupda ikinci oyununu Yaponiyanın "Takasaki" klubuna qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 14:10-da baş tutacaq.

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində mübarizəyə başlayır.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi B qrupunda mübarizə aparacaq.

"Ağ-qaralar" ilk olaraq Yaponiya yığması ilə, daha sonra yerli "Takasaki" klubu ilə üz-üzə gələcək.

Qrupda ilk iki yeri tutan komandalar 1/4 finala yüksələcəklər.

Xatırladaq ki, 23 mərhələnin nəticələrinə əsasən, "Neftçi SOCAR" 612 xalla üçüncü yerdədir.

44 - Tezliklə