​Avropa Komissiyasının rəhbəri Macarıstana Aİ-dən çıxarılacağı barədə xəbərdarlıq edib

Digər ölkələr
  • 01 iyun, 2015
  • 05:09
​Avropa Komissiyasının rəhbəri Macarıstana Aİ-dən çıxarılacağı barədə xəbərdarlıq edib

Bakı. 1 iyun. REPORT.AZ/ "Report" RİA Novosti-yə istinadən xəbər verir ki, Avropa Komissiyasının sədri Jan-Klod Yuncker edam cəzasının bərpa ediləcəyi halda Macarıstanın Avropa İttifaqından çıxarılacağı barədə məsələyə baxıla biləcəyini istisna etmir.

"Ölüm cəzasını tətbiq edən ölkələr üçün Avropa Birliyində yer yoxdur" - Yunker Macarıstanın Baş naziri Viktor Orbanın bəyanatına cavab olaraq bildirib.

Macarıstan hökumətinin başçısı bu yaxınlarda bildirib ki, "ölüm hökmünün tətbiqi məsələsi Macarıstanda yenidən müzakirə olunmalıdır."

Qeyd edək ki, Macarıstanda ölüm hökmü 1990-cı ildə ləğv olunub.