Avropa komissarı: Aİ ÜDM-in 2 %-dən çox hissəsini müdafiəyə yönəltməlidir
- 28 fevral, 2025
- 13:38
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadi məsələlər üzrə Avropa komissarı Valdis Dombrovskis hesab edir ki, Avropa İttifaqı (Aİ) ÜDM-in 2 %-dən çox hissəsini müdafiəyə yönəltməlidir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa komissarı İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində bildirib.
"Bütün üzv dövlətlər Aİ-nin müdafiəyə daha çox vəsait xərcləməli olduğunun vacibliyini qəbul edir və biz onların bunu etməsi üçün əlavə fiskal çeviklik təqdim edəcəyik. Göründüyü kimi, müdafiəyə 2 % səviyyəsində cari hədəf göstəricisi ilə müqayisədə daha çox vəsait xərcləməli olacağıq", - V.Dombrovskis qeyd edib.
“Biz artıq soyuq müharibə bitdikdən sonra mövcud olan sülh dividendlərindən faydalana biləcəyimiz bir vəziyyətdə deyilik”, - komissar hesab edir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, avropalılar ÜDM-in 5 %-ni müdafiəyə xərcləməlidirlər.