Avropa İttifaqı yeni sərhəd nəzarəti sisteminin tətbiqinə başlayır

Digər ölkələr
  • 12 oktyabr, 2025
  • 04:36
Avropa İttifaqı yeni sərhəd nəzarəti sisteminin tətbiqinə başlayır

Avropa İttifaqına üzv ölkələr bazar günü xarici sərhədlərində yeni sərhəd nəzarəti mexanizmini, "Giriş/Çıxış Sistemi"ni (EES) tətbiq etməyə başlayacaqlar.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK) məlumat yayıb.

Oktyabrın 12-dən etibarən qısa müddətə (İstənilən 180 günlük müddət ərzində 90 gün – Qeyd) Aİ ölkələrinə gələnlərin elektron qeydiyyatı aparılacaq.

"Bu, tədricən, altı ay ərzində baş verəcək. Sistemin mərhələli tətbiqi zamanı üzv dövlətlər müstəqil olaraq hansı sərhəd-keçid məntəqələrində və onun yerləşdirilməsinə nə vaxt başlanacağına qərar verə biləcəklər", - AK öz kommünikesində qeyd edib.

Brüssel hesab edir ki, bu yanaşma Aİ ölkələrinə yeni sistemdən yararlanmağa başlamağa imkan verəcək, eyni zamanda sərhəd xidmətləri, nəqliyyat sənayesi və səyahət edənlərə yeni prosedurlara uyğunlaşmaq imkanı verəcək.

Altı ay ərzində EES-in bütün keçid məntəqələrində tam yerləşdiriləcəyi, pasport ştamplarının sistemdə elektron qeydlərlə əvəzlənəcəyi gözlənilir.

Son xəbərlər

Bütün Xəbər Lenti