Avropa Ədliyyə Məhkəməsi: Böyük Britaniya "Brexit"dən imtina edə bilər

Digər ölkələr
  • 10 dekabr, 2018
  • 09:15
Avropa Ədliyyə Məhkəməsi: Böyük Britaniya Brexitdən imtina edə bilər

Bakı. 10 noyabr. REPORT.AZ/ "Böyük Britaniya Avropa İttifaqı üzlüyündən çıxmaqdan birtətəfli şəkildə imtina edə bilər".

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Lüksemburqda yerləşən Avropa Ədliyyə Məhkəməsi qərar verib.

“Birləşmiş Krallıq Avropa İttifaqı üzlüyündən çıxmaq niyyəti barədə birtərəfli bildirişini (29 mart 2017-ci il tarixində Avropa İttifaqı Şurasına göndərilən sənəd – red.) geri götürməkdə sərbəstdir”, - məhkəmənin qətnaməsində bildirilir.

Qeyd edək ki, Avropa Ədliyyə Məhkəməsi Avropa İttifaqı məhkəməsinin ali instansiyasıdır, qərarlarından şikayət verilə bilməz.

44 - Tezliklə