Astanada Tokayevin sabiq müşaviri öldürülüb
- 30 oktyabr, 2025
- 09:56
Qazaxıstanda Prezident Kasım-Jomart Tokayevin sabiq müşaviri, prezident yanında mərkəzi kommunikasiyalar xidmətinin keçmiş rəhbəri Erjan Babakumarov öldürülüb.
Bu barədə "Report" "Kazinform"a istinadən xəbər verir.
İlkin məlumatlara görə, ölümün səbəbi döyülmə olub. Şübhəli şəxs saxlanılıb.
"Hadisə oktyabrın 30-u gecə saatlarında baş verib. İlkin məlumata əsasən, Erjan Babakumarov axşam tanışları ilə bir yerdə olub. Az sonra onlar arasında mübahisə yaranıb və bu, davaya çevrilib. Erjan Babakumarov aldığı xəsarətlər nəticəsində ölüb", - məlumatda bildirlib.
E.Babakumarov müxtəlif illərdə İnformasiya Nazirliyində, Almatı akimatında, baş nazirin dəftərxanasında və prezident administrasiyasında rəhbər vəzifələrdə çalışıb.
E.Babakumarov 2019-cu ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müşaviri təyin edilib. Sonuncu iş yeri Prezident yanında mərkəzi kommunikasiyalar xidmətinin direktoru olub.