Argentina Folklenddə neft hasilatına qarşı tədbir görəcəyi ilə hədələyib

Digər ölkələr
  • 13 sentyabr, 2025
  • 06:20
Argentina Folklenddə neft hasilatına qarşı tədbir görəcəyi ilə hədələyib

Argentina hökuməti "Navitas Petroleum"u mübahisəli Malvinas (Folklend) adaları yaxınlığında neft və qaz yataqlarının işlənməsinə hazırlaşdığını pisləyib və ölkənin maraqlarını qorumaq üçün tədbirlər görəcəyi ilə hədələyib.

"Report" xəbər verir ki, bu barədə Argentina Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Nazirlik bildirib ki, Argentinadan başqa heç bir qurum mübahisəli adalar ərazisində karbohidrogenlərin çıxarılması ilə bağlı fəaliyyətlərə icazə vermək səlahiyyəti yoxdur.

"Beynəlxalq hüquqa tam uyğun olaraq, Argentina öz suveren hüquqlarını və maraqlarını qorumaq üçün zəruri hesab etdiyi bütün əlavə tədbirləri görmək hüququnu özündə saxlayır".

Qeyd edək ki, "Navitas Petroleum" şirkəti artıq 2022-ci ilin aprelindən Argentinada sanksiyalar altındadır.

Son xəbərlər

Bütün Xəbər Lenti