SOCAR ABŞ şirkəti ilə yeni investisiya imkanlarını müzakirə edib

Energetika
  • 25 sentyabr, 2026
  • 15:20
SOCAR ABŞ şirkəti ilə yeni investisiya imkanlarını müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-nin "Apollo Global Management" şirkəti arasında əməkdaşlıq məsələləri və yeni investisiya imkanları müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf "X" hesabındakı paylaşımında bildirib.

Bununla bağlı müzakirələr R. Nəcəfin şirkətin idarəedici direktoru Conatan Bar ilə görüşündə aparılıb.

R. Nəcəf bildirib ki, SOCAR-ın "upstream" layihələrinə uzunmüddətli beynəlxalq investisiyaların cəlb edilməsi, investisiya əməliyyatlarının strukturlaşdırılması və maliyyələşdirmə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçirilib.

O qeyd edib ki, irimiqyaslı enerji layihələrinin həyata keçirilməsi effektiv maliyyələşdirmə modelləri, çevik maliyyə həlləri və etibarlı tərəfdaşlıq tələb edir: "Apollo Global Management" ilə əməkdaşlığımızın genişləndirilməsinin yeni investisiya imkanlarının reallaşdırılmasına və SOCAR-ın beynəlxalq fəaliyyətinin daha da güclənməsinə töhfə verəcəyinə inanıram".

44 - Tezliklə