Almaniyada terror aktı hazırlığında şübhəli bilinənlər saxlanılıb

Digər ölkələr
  • 31 dekabr, 2023
  • 21:47
Almaniyada terror aktı hazırlığında şübhəli bilinənlər saxlanılıb

Almaniyada avtomobildən istifadə edərək terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə DPA agentliyi Köln polisinin nümayəndəsinə istinadən məlumat yayıb.

Saxlanılanlar Köln, eyni zamanda Vyana və Madriddə də terror aktları planlaşdırırdılar. Bununla bağlı əvvəllər bir nəfər saxlanılıb. Sonra məlum olub ki, o, terror hücumunu planlaşdıran yeganə şəxs deyil.

Potensial hədəflərdən biri kimi Köln şəhərinin simvolu və Almaniyanın ən məşhur görməli yerlərindən biri olan Köln Katedralı seçilib. Qeyd edək ki, dünyanın ən hündür üç kilsəsindən biri olan katedral YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.