Almaniya kansleri Olimpiya Oyunlarını izləmək üçün Pekinə getməyi planlaşdırmır

Digər ölkələr
  • 02 fevral, 2022
  • 23:04
Almaniya kansleri Olimpiya Oyunlarını izləmək üçün Pekinə getməyi planlaşdırmır

Almaniyanın kansleri Olaf Şolts Çinin paytaxtı Pekində keçiriləcək Olimpiya Oyunlarını izləməyə getməyi planlaşdırmır.

“Report” xəbər verir ki, bu barədə o ZDF telekanalına danışıb.

“Mənim belə bir planım yoxdur. Ona görə də mənim orada birdən-birə peydə olub “Salam, bu da mən” deməyimi güman etmək olmaz”, - kansler bildirib.

Qeyd edək ki, daha öncə ABŞ rəsmiləri Pekin Qış Olimpiya Oyunlarında iştirak etməyəcəklərini bildiriblər.

44 - Tezliklə