Almaniya Avstriya ilə qatar səfərlərini dayandırdı

Digər ölkələr
  • 13 sentyabr, 2015
  • 15:43
Almaniya Avstriya ilə qatar səfərlərini dayandırdı

Bakı. 13 sentyabr. REPORT.AZ/ Almaniya Avstriyadan gələn qatar səfərlərini dayandırıb.

"Report"-un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, hər gün minlərlə qaçqının Almaniayaya keçdiyini bildirən "Avstriya Dəmir Yolları" rəsmiləri, qərarın ilk etapta 1 gün müddəti ilə tətbiq olunduğunu qeyd ediblər.

Hazırda Avstriyadan Almaniyaya hərəkət edən "Railjets" qatarında 2 minə yaxın mühacir var. Onların sərhəddən buraxılıb biraxılmayacağı məlum deyil.

Qatar səfərlərinin dayandırılmasının ardından qatar stansiyalarında polislə miqrantlar arasında qarşıdurma yaranacağı istisna olunmur.

44 - Tezliklə